Yolu düzgün keçməyən piyada Gəncədə zəncirvari qəzaya səbəb olub.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləci basıb.
Nəticədə arxada olan “AzSamand” markalı avtomobil ona, “VAZ 2106” isə sonuncuya dəyib.
Şahidlərin sözlərinə görə, sürücünün qəfil əyləci basmasına səbəb yolu düzgün keçməyən piyada olub.
Faktla bağlı araşdırma aparılır.
Tarix
22 Yanvar 2022 [22:00]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin