Yolu düzgün yerdən keçməyən piyada zəncirvarı qəzaya səbəb oldu

20:37 - 22 Yanvar 2022 - HADİSƏ

Gəncə şəhərində zəncirvarı yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib, nəticədə arxada gələn “AzSamand” markalı avtomobil “Mercedes”ə, “VAZ-2106” markalı avtomobil isə hər iki avtomobilə çırpılıb.

Şahidlərin sözlərinə görə, “Mercedes”in sürücüsünün qəfil əyləcdən istifadə etməsinə yolu düzgün yerdən keçməyən piyada səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti