Bakıda yarımtikilidə yanğın söndürüldü - FOTO

13:37 - 22 Yanvar 2022 - HADİSƏ

Bakıda yarımtikilidə yanğın baş verib.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın Abbas Səhhət küçəsində yerləşən Baku Inn Hotellə üzbəüz yarımtikilidə qeydə alınıb.

FHN-in Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.

Hadisənin elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi qeyd olunub.

 

Xəbər xətti