İran prezidenti Kremldə namaz qıldı - Foto

21:09 - 19 Yanvar 2022 - DÜNYA

İran Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinlə danışıqları başa vurduqdan sonra Kreml binasında axşam namazı qılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. 

Qeyd edək ki, İran prezidenti yanvarın 19-da Rusiyaya rəsmi səfərə gedib. Putinlə görüş iranlı siyasətçinin vəzifəyə başlamasından sonra Rusiya liderilə ilk görüşü olub.

Xəbər xətti