Qubada qarın hündürlüyü 20 sm-ə çatıb - FOTO

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin pisləşib.

APA-nın məlumatına görə, regionun bütün rayonlarına qar yağıb.

Ən çox yağıntı Quba rayonunda qeydə alınıb. Burda qarın hündürlüyü 20 sm-ə çatıb. Rayon mərkəzində mənfi 3,6 dərəcəyədək enib. Rayonun Qrız kəndində qarın hündürlüyü 15 sm, temperatur mənfi 15 dərəcə, Xaltanda isə qarın hündürlüyü 12 sm, temperatur isə mənfi 5,7 dərəcə olub.

Şabran rayonunda qarın hündürlüyü 12 sm, havanın temperaturu isə mənfi 1,4 dərəcəyədək enib.

Xızının Altıağac qəsəbəsində 12 sm qar, Qusarın Yasaq kəndində isə 5 sm qar müşahidə olunub.

 

Tarix
17 Yanvar 2022 [09:37]
Müəllif
Üç nöqtə
2022-01-17 09:37:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin