Qazaxıstanda iğtişaşlar zamanı ölən və yaralananların sayı açıqlandı

20:26 - 15 Yanvar 2022 - DÜNYA

Onlardan 19-u polis və hərbçidir

 Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü keçirdiyi brifinqdə Qazaxıstan Baş Prokurorluğunun Cinayət Prokurorluğu Xidmətinin rəhbəri Serik Şalabayev məlumat verib. İğtişaşlar zamanı 4,5 mindən çox insan xəsarət alıb, 225 ölü meyiti morqlara təhvil verilib.

"Bu günə qədər 4578 nəfərin şəxsiyyəti müəyyən edilib. Yaralanan 4353 nəfərdən 3393-ü hüquq-mühafizə orqanlarının əməkdaşıdır. Fövqəladə vəziyyət dövründə 225 ölü morqlara təhvil verilib", - Şalabayev bildirib.

Prokuror əlavə edib ki, ölənlər arasında 19 polis və hərbçi də var.

Xəbər xətti