Smart-kart tipli sayğaclar istismardan yığışdırılır - AÇIQLAMA

10:00 - 14 Yanvar 2022 - Cəmiyyət

“Smart-kart tipli sayğaclar istehsalatdan mütləq çıxacaq”.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev məlumat verib.

O bildirib ki, bütün dünyada smart-kart tipli sayğaclar artıq istehsalatdan çıxır və İstehsalat Birliyi də artıq bu sayğacların alınmasını qismən dayandırıb:

“Növbəti ildə 60 minə yaxın belə sayğacların alınmasını həyata keçirəcəyik. Yəqin ki, bu bizim son müqaviləmiz olar. Artıq Avropada belə bu sayğaclar ümumiyyətlə istehsal olunmur və istismardan yığışdırılır”.

Xəbər xətti