Medalını "Hızır Çakırbəyliyə" verən qazi tənqidlərə CAVAB VERDİ - FOTO

16:21 - 11 Yanvar 2022 - Cəmiyyət

Xüsusi Təyinatlı Qüvvələrin baş giziri "Paşa" ləqəbli qazi Banipaşa Əvəzin aktyor Oktay Kaynarçaya müedalının hədiyyə etməsi müzakirələrə səbəb olub.

Ucnoqta.az xəbər verir ki, Vətən müharibəsinin iştirakçısı açıqlamasında onu tənqid edənlərə cavab verib:
"O, Türkiyənin məşhur simasıdır. Hər zaman vətənpərvər, xalqını sevən, milləti və dövləti uğrunda canından keçən obrazları canlandırıb. Bir sözlə, izləyicilərinə nümunə olub. 

2004-cü ildən filmlərini izləyib, zövq aldığım, sevdiyim bir qardaşımdır. Bir XTQ mənsubu, vətəni, dövləti, xalqı, milləti, türkçülüyü qoruyub və inkişafına şərait yaradan insan kimi özümə borc bildim. Ürəyimdən gəldi, sinəmdəki müzəffər Ali Baş Komandanın mənə təqdim etdiyi "İgidliyə görə" medalını oktay qardaşa hədiyyə etdim. Mən dövlətim, vətənim üçün igidlik, şücaət göstərməyə davam edirəm. Allah bizi bu yolda sabit və qüvvətli etsin. Düşmənlərimizi əlimizlə məhv etmək nəsib olsun. allah böyükdür. inşallah bundan sonra da bütün qələbələr bizimdir".


Xəbər xətti