Ukrayna dron zavodunun inşasına başlayır

Ukrayna pilotsuz döyüş təyyarələrinin istehsalı üçün zavodun tikintisinə başlayır.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Biz hava qüvvələrimizlə fəxr edirik. İlk olaraq üç təyyarənin tədarükü ilə bağlı müqavilə imzalanıb. Biz dronların istehsalı üçün zavodumuzun tikintisinə başlayırıq”, – deyə Zelenski bildirib. 

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Müdafiə Nazirliyi Türkiyənin təyyarə istehsalçısı “Baykar Makina”nın rəhbərliyi ilə danışıqlar apardığı barədə məlumat vermişdi və bu danışıqlar zamanı Ukrayna ərazisində türk pilotsuz sistemlərinin istehsalının mümkünlüyü məsələsi müzakirə olunmuşdu.

Tarix
7 Dekabr 2021 [00:50]
Müəllif
Üç nöqtə
2021-12-07 00:50:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin