DİN, Dövlət Komitəsi və UNİCEF-in dəstəyi ilə mediatorlar üçün vebinar təşkil ediləcək

11:45 - 6 Dekabr 2021 - Cəmiyyət

10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətlə mediatorlar üçün vebinar keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, Mediasiya Şurasının təşkilatçılığı ilə "Məişət zorakılığına məruz qalmış ailələrlə işin təşkili və mediasiya prosesləri" mövzusunda keçiriləcək tədbir Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in tərəfdaşlığı ilə baş tutacaq.

Görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) - in Azərbaycan nümayəndəliyinin Uşaq müdafiəsi şöbəsinin rəhbəri Vüqar Salmanov və qurumların digər məsul əməkdaşları iştirak edəcək.

Qeyd edək ki, Mediasiya Şurası mövzunun həssaslığını və aktuallığını nəzərə alaraq qeyd edilən qurumlarla görüşlərin müntəzəm olaraq keçirilməsini planlaşdırır.

Xəbər xətti