Yeni nazir müavinindən ilk açıqlama - Foto

11:15 - 6 Dekabr 2021 - Xəbər

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə gənclər və idman nazirinin müavini təyin olunmağım mənim üçün böyük şərəfdir. Dövlətimizin başçısı İlham Əliyevə və Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bu etimad üçün təşəkkür edirəm.

Ucnoqta.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Mariana Vasileva Feysbuk səhifəsində yazıb.
"Azərbaycana xidmət etməkdən və ölkəmizdə idmanın inkişafı üçün çalışmaqdan qürur duyuram. Bu vəzifədə çalışacağım müddətdə mənə göstərilən yüksək etimadı doğrultmağa, Azərbaycan idmanının inkişafı üçün öz təcrübəmi və bacarığımı var-gücümlə sərf etməyə çalışacağam!!!” - deyə M.Vasileva vurğulayıb.


Xəbər xətti