Nazir təhsil krediti ilə bağlı narazılıqlardan DANIŞDI

14:54 - 2 Dekabr 2021 - Cəmiyyət

“Tələbə təhsil kreditlərinin verilməsi üçün müraciətlərə yeni başlanılıb”. 

Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, artıq bir neçə min tələbə prosesi tam olaraq yekunlaşdırıb: 

“Bəzilərinə hətta təsdiq də vermişik. Kreditlərin verilməsi ilə bağlı problem iki qismə bölünür. Sistem yeni olduğundan hər hansı çatışmazlıqların, qüsurların, nöqsanların olması gözləniləndir. Təbii ki, bunların aradan qaldırılması labüddür. Hesab edirəm ki, həmin problemlər zamanla aradan qaldırılacaq. 18 yaşından aşağı olan tələbələrin kredit alması ilə bağlı narazılıq həllini tapır. Bəzi narazılıqlar isə anlaşılmazlıqla bağlıdır”.

“Sosial problemi olanlar sosial kreditə, sosial problemi olmayanlar isə daha yüksək bal yığıb standart güzəştlərdən yararlana bilər. Bu kreditlər sosial alətlərdir. Zamanla cəmiyyətlə birgə çalışaraq vəziyyəti düzgün, normal şəkildə təmin edə bilərik”, - deyə o qeyd edib.///oxu.az

Xəbər xətti