Azərbaycanda avtomobil keçmiş polisi vuraraq öldürdü

21:05 - 1 Dekabr 2021 - HADİSƏ

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, VAZ-2107 markalı 54 BG 680 dövlət nömrə nişanlı avtomobil Hacıqabul şəhərində Şirvan sakini, 1991-ci il təvəllüdlü Cəfərov Şəhriyar Cəfərağa oğlunu vurub.

Ağır kəllə-beyin travması alan 30 yaşlı keçmiş polis əməkdaşı aldığı xəsarətlərdən Şirvan xəstəxanasına çatdırılandan bir-neçə dəqiqə sonra ölüb. Faktla bağlı Hacıqabul polis şöbəsində araşdırma aparılır.///apa

Xəbər xətti