Dünyanın ən bahalı şəhəri məlum oldu

14:47 - 1 Dekabr 2021 - DÜNYA

İsrailin paytaxtı Təl-Əviv 2021-ci ildə yaşamaq üçün ən bahalı şəhər hesab olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Economist Group" şirkətinin tərtib etdiyi reytinqdə deyilir.
Qeyd olunur ki, ötən il beşinci yerdə olan Təl-Əviv bu il ilk pilləyə yüksəlib. Ekspertlərin fikrincə, bu, İsrail şekelinin ABŞ dollarına nisbətən məzənnəsinin uzun müddət yüksək qalması ilə əlaqədardır. Bu il ərzində İsrail paytaxtında mal və xidmətlərin dəyəri ötən illə müqayisədə 3,5 faiz artıb.

Ötən il reytinqdə birinci olmuş Fransanın paytaxtı Paris ikinci pilləyə geriləyib, Sinqapur isə ilk üçlüyü tamamlayıb.

Bundan başqa, ən bahalı şəhərlər sırasında ilk onluqda Sürix, Honq Konq, Nyu-York, Cenevrə, Kopenhagen, Los-Anceles, Osaka yer alıb.

Xəbər xətti