Azərbaycan Ordusunun minaatan və artilleriya bölmələri taktiki təlimlər keçirib - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda minaatan və artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlimlər keçirilib.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a bildirilib ki, hərbi hissələrin çöl çıxışları dövründə keçirilən döyüş atışlı taktiki təlimlərdə bölmələrin komanda müşahidə məntəqəsinin açılması və atəş mövqeyini tutması tapşırıqları icra olunub.

Vətən müharibəsində əldə edilən təcrübələr nəzərə alınaraq keçirilən döyüş atışlı taktiki təlimlərdə əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.

Minaatan və artilleriya vasitələri tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilib, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilib.

Qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Tarix
29 Noyabr 2021 [15:38]
Müəllif
Üç nöqtə
2021-11-29 15:38:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin