Ərdoğan lirənin çökməsinin səbəbini açıqladı

21:01 - 26 Noyabr 2021 - DÜNYA

Yüksək faiz və valyuta tələlərini ölkəmizin taleyi kimi görənlər çarəsizlik yaşayırlar.

Ucnoqta.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu faizlər enəcək, xalqımızı əzdirməyəcəyik”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri CHP sədri Kamal Kılıçdaroğlunun ittihamlarına da münasibət bildirib:
“Kamalın yalandan başqa sərmayəsi yoxdur, dürüstlük yoxdur. Xatırlayın, CHP dönəmində gecə ilə 7500-ə qalxan faizləri gördümü? Nə zaman ki, Beynəlxalq Valyuta Fonduna (BVF) olan borclarımızı bağlayıb, bu fondla anlaşma imzalamayacağımızı elan etdik, o zamandan bəri başımız bəladan qurtulmadı”.///axar.az

Xəbər xətti