İran Qasim Süleymanini öldürənləri edam edəcək

10:16 - 26 Noyabr 2021 - DÜNYA

İran İslam Respublikası və İraqın keçmiş İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymani və İraq Xalq Səfərbərlik Qüvvələrinin keçmiş komandanı Əbu Mehdi əl-Mühəndisin öldürülməsi üzrə müştərək komitəsi cümə axşamı verdiyi açıqlamada cinayəti törədənlərin tezliklə mühakimə olunaraq öldürüləcəyini bildirib.

Komitənin verdiyi məlumata görə, Qasim Süleymani digər 8 yoldaşı ilə birlikdə 2020-ci ilin yanvarında o zamankı ABŞ prezidenti Donald Trampın birbaşa göstərişi ilə Bağdadda ABŞ ordusu tərəfindən öldürülüb.

Bəyanatda sui-qəsdlə bağlı hüquqi araşdırmanın başa çatdırılması üçün İran və İraq arasında əməkdaşlığın zəruriliyi vurğulanıb. Müştərək komitənin növbəti iclası gələn ay Tehranda keçiriləcək.///unikal

Xəbər xətti