Kürdəmirdə qəzaya düşən "KamAZ"dan sürücü belə xilas edildi - VİDEO

Kürdəmir rayonu, Sığırlı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə  (FHN) istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında baş verib.

Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “KamAZ“ markalı yük avtomobili ilə “Mercedes-Benz Atego” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və qəzaya uğramış “Mercedes-Benz Atego” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Xalayev Elvin Vaqif oğlunun həmin nəqliyyat vasitəsinin içərisində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə vətəndaşı avtomobilin içərisindən çıxararaq xilas ediblər.

Vətəndaş təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix
25 Noyabr 2021 [14:21]
Müəllif
Üç nöqtə
2021-11-25 14:21:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin