"Qarşılaşmaya yaxşı hazırlaşmışıq" - Qurban Qurbanov

"Bu il Bakıda sonuncu avrokubok oyunumuz olacaq. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Futbolçuların istəyi və hazırlığı yaxşı səviyyədədir".

Ucnoqta.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Kiprin "Omoniya" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, layiqli oyun göstərmək istəyirlər: "Sabah meydanda ən yaxşı oyunlarımızdan birini göstərməyə və nəticə qazanmağa çalışacağıq. Rəqib oyun sistemində bəzi dəyişikliklər edib. Meydanda daha diqqətli olmalıyıq. "Omoniya"nın sürətli hücumçuları var".

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi artıq pley-offa vəsiqəni təmin edib.

Tarix
24 Noyabr 2021 [15:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-11-24 15:11:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin