Hərracda avtomobillər 760 manatdan başlayan qiymətlə satıldı - Foto

17:38 - 27 Oktyabr 2021 - AVTO

Oktyabrın 26-da təşkil olunan hərracda 10 dövlət əmlakı özəlləşdirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, bunlardan 7-si nəqliyyat vasitəsi, 3-ü isə kiçik dövlət müəssisəsidir.

Kiçik dövlət müəssisələri İmişli və Yevlax rayonlarında yerləşir.

 

Bildirək ki, hərraca çıxarılan avtomobillərin yekun satış qiyməti 760 manatdan başlayıb və 7200 manat qədər artıb. Yəni, hərracda ən ucuz avtomobil 760 manatdan öz sahibini tapıb.

Xatırladaq ki, bu avtomobillərin hərraca çıxarılan ilkin satış qiyməti 750 manatdan başlayıb və 4500 manata qədər olub.

Qeyd edilib ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.

Hərrac günü hər kəs Elektron Xidmətlər Portalında “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Xəbər xətti