Ötən gün 147 nəfər toya buraxılmayıb, 14 nəfər cərimələnib

Oktyabrın 26-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 72 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, monitorinq 61 şadlıq sarayında, 11 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfərin barəsində araşdırma aparılır, 147 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Tarix
27 Oktyabr 2021 [11:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-27 11:04:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin