Vilayət Eyvazov mayoru rəis TƏYİN ETDİ

10:24 - 26 Oktyabr 2021 - Xəbər

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis mayoru Asif İmanov Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
O, bu təyinata qədər həmin şöbənin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi vəzifəsində çalışıb.

Xəbər xətti