Bakıda “Baku Bus” avtobusu qəzaya uğradı - Foto

14:46 - 22 Oktyabr 2021 - HADİSƏ

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub. 

Ucnoqta.az xəbər verir ki, hadisə paytaxtın Həsən Əliyev küçəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil ilə 13 nömrəli marşrut xətti üzrə hərəkət edən “Baku Bus” avtobusu toqquşub.

Hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Qəzadan sonra yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti