Məktəblər distant tədrisə keçəcək? - Təhsil və Səhiyyə Nazirliyinin məlumatı

12:17 - 22 Oktyabr 2021 - Cəmiyyət

Hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Təhsil və Səhiyyə Nazirlikləri birgə məlumat yayıb.

Qeyd olunub ki, ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir: "Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək".

Xəbər xətti