Bakıda maşını qaçırıb sökdülər

21:46 - 20 Oktyabr 2021 - HADİSƏ

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsi, 13-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Bağırov oktyabrın 16-da Bakıxanov qəsəbəsi ərazisindən “KİA” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil oktyabrın 18-də Yeni Suraxanı qəsəbəsi ərazisində yan güzgüləri və ön faraları oğurlanmış vəziyyətdə tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini F.Sahibli müəyyən edilərək saxlanılıb. Onun evinə baxış zamanı avtomobilə aid faralar və güzgülər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti