Həbsxanaya telefon keçirmək cəhdinin qarşısı alınıb

Qobustan Həbsxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Ucnoqta.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29.120.2.1; 29.120.2.4; 29.120.2.6; 221.2.1; 228.2.1; 317-2.1; 67.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ramil Fazil oğlu Hüseynliyə qohumu Faiq Rahib oğlu Səmədovun  gətirdiyi sovqata baxış keçirilib.

Bu zaman orada olan plastik qabın içərisində xüsusi üsulla gizlədilmiş və daxilində danışıq kartı olan “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
20 Oktyabr 2021 [12:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-20 12:01:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin