Zəngilanın işğaldan azad edilməsindən bir il ötür

00:05 - 20 Oktyabr 2021 - ÖLKƏ İÇİ

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

2020-ci ilin 20 oktyabrı da əlamətdar gün oldu. Düz bir il bundan öncə Zəngilan şəhəri işğaldan azad edildi.
Həmin gün azad edilən digər ərazilərin siyahısını təqdim edirik:

Zəngilan rayonunun Havalı, Məmmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi;

Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdurrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri;

Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhəmədli kəndləri;

Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri.///oxu.az

Xəbər xətti