COVID-lə adi soyuqdəyməni necə fərqləndirməli?

08:42 - 19 Oktyabr 2021 - Xəbər

Türkiyənin Hacıtəpə Universiteti alimi, professor Məhmət Ceyhan koronavirusla adi soyuqdəymənin necə fərqləndirilməsindən danışıb.

O, bu xəstəlikləri ayırd etmənin mümkün olmadığını deyib.
Professorun sözlərinə görə, təkcə adi vətəndaşlar deyil, ö, özü də COVID-i soyuqdəymədən fərqləndirə bilməz. Belə ki, hər iki xəstəlik zamanı ağırlaşma halları mümkündür.

Alim bildirib ki, koronavirusu ayırd etmənin yeganə etibarlı yolu müvafiq testdən keçməkdir. Yalnız bu zaman insanın məhz COVID-ə yoluduğu tam dəqiqliklə təsdiq oluna bilər.///oxu.az

Xəbər xətti