"5-ci dalğa başladı: Noyabr ayı çox çətin olacaq" - Gamkrelidze

"Yoluxanların sayı ciddi şəkildə artıb və bu, 5-ci dalğanın başlanğıcıdır. Təəssüf ki, bu dalğa kifayət qədər yüksək rəqəmlə başlayır və buna görə də hər kəsin tövsiyələri nəzərə alması lazımdır - maska taxmaq, məsafə saxlamaq, insanların çox olduğu yerlərdən uzaq durmaq və peyvənd olunmaq bura daxildir”. Ucnoqta.az Cebhe.info-ya istinadla xəbər verir ki, bunu Gürcüstan Xəstəliklərinə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Gamkrelidze deyib.Onun sözlərinə görə, yalnız peyvənd epidemiyanı dayandıra bilər: "Son bir həftə ərzində üç bölgədə vəziyyət pisləşdi- Kaxeti, İmereti və Sameqrelo-Zemo Svanetti bölgəsində Bu bölgələrdə peyvənd nisbətən aşağıdır. Vaksinasiya səviyyəsinin digər bölgələrə nisbətən daha yüksək olduğu Acarıstan və Tiflisdə vəziyyət nisbətən daha yaxşıdır. Buna görə də bir daha əhalidən peyvənd olunmalarını xahiş edirəm. Bir milyon insana peyvənd vurulub, amma ölkənin Yeni ili sakit tərzdə qeyd edə bilməsi üçün ən azı daha bir milyon insanın peyvənd edilməsinə ehtiyac var”. Amiran Gamkrelidzenin sözlərinə görə, beşinci dalğa ağır olacaq, ona görə də peyvənd vacibdir: "Elə bir dalğa yaxınlaşıb ki, müvafiq məhdudlaşdırıcı tədbirlər görülməsə, noyabr ayı çox çətin olacaq”. O qeyd edib ki, məhdudlaşdırıcı tədbirlər deyərkən, tövsiyələrə riayət etməyi və peyvəndi nəzərdə tutur.
Tarix
18 Oktyabr 2021 [00:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-18 00:35:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin