Noyabrda 4 gün qeyri-iş günü olacaq

17:00 - 15 Oktyabr 2021 - Cəmiyyət

Noyabr ayında dörd gün qeyri-iş günü olacaq. Cari ilin noyabr ayının 8-i ölkəmizdə Azərbaycan Respublikasının "Zəfər Günü" , noyabrın 9-da isə Azərbaycan Respublikasının "Dövlət Bayrağı Günü" kimi qeyd edilir. Qeyd edək ki, noyabrın 6 və 7-i tarixləri həftə sonuna, 8 və 9 tarixləri isə bayram günü kimi qeyd edildiyindən həftənin dörd günü ardıcıl olaraq qeyri-iş günü olacaq. Belə ki, noyabr ayındakı digər şənbə-bazar günləri nəzərə alınmaqla, ümumilikdə 10 gün qeyri-iş günü olacaq.

Xəbər xətti