Britaniya 10 min xarici işçini ölkəyə dəvət edir

09:47 - 26 Sentyabr 2021 - DÜNYA

Britaniya hökuməti mağazalarında malların və yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığının qarşısını almaq üçün 10 mindən çox xarici işçiyə müvəqqəti viza verəcək.

Bunu Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şepps deyib.
Bildirilir ki, 5 min viza ağır yük tutumlu nəqliyyat vasitələrinin sürücülərinə, digər 5,5 mininə isə quşçuluq təsərrüfatlarında işləyənlərə veriləcək. Təşviq kimi dəvət edilənlərə daha yüksək əmək haqqı və işləyəcəkləri iş saatı əvvəlcədən təyin ediləcək. Paralel olaraq 3 milyondan çox insanın ağır yük tutumlu nəqliyyat vasitələrini idarə etməsinə icazə verən "C" kateqoriyalı lisenziyaların alınması üzrə təlimlərdən keşmələri üçün Təhsil nazirliyinə 10 milyon funt (14 milyon dollar) köçürüləcək.

Krallığda yük maşını sürücüləri işi üzrə 100 mindən çox vakant yer olduğunu təxmin edilir. Son iki ildə Aİ ölkələrindən minlərlə peşəkar sürücü İngiltərəni tərk edib və pandemiya səbəbindən bir çox ölkədə uzun müddətdir sürücülük vəsiqəsinin alınması üçün təlimlərin keçirilməməsi yeniləri ilə əvəz edilmələrini çətinləşdirib.

Artıq bir neçə aydır pərakəndə satış şəbəkələrinin nümayəndələri təcili tədbirlər görülməzsə Milad bayramına qədər mağazaların rəflərinin yarısı boş qalacağını xəbərdar edərək, yük maşını sürücülərinin çatışmazlığı problemindən şikayətçidirlər.

Xatırladaq ki, Britaniyanın BP neft şirkəti benzin tədarükündə yaranan problemlərə görə ölkədə avtomobil sahibləri arasında tələbat artmasına səbəb olan bir çox yanacaqdoldurma məntəqələrini bağlayıb. Həftə sonu YDM-lərdə uzun növbələr yaranıb.

Xəbər xətti