"Gələn il "Texnofest"i Azərbaycanda keçirəcəyik" - Ərdoğan

"Gələn ildən "Texnofest"i can Azərbaycandan başlayaraq, digər dost, müttəfiq ölkələrdə də keçirəcəyik".

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Atatürk hava limanında keçirilən "Texnofest-2021" aviasiya, kosmos və texnologiyalar festivalında bildirib.

Ərdoğan deyib ki, gələn ildən "Texnofest" beynəlxalq festival səviyyəsində təşkil olunacaq: "Tədbir dünya mediasının gündəmində bir nömrə olmalıdır. "Texnofest"i elə bir marka halına gətirməliyik ki, dünyanın bütün gəncləri bu nüfuzlu texnologiyalar festivalında iştirak etməyə can atsın".

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus iki "MiQ-29" təyyarəsi də sözügedən festivalda nümayiş olunur.

Tarix
25 Sentyabr 2021 [17:14]
Müəllif
Üç nöqtə
2021-09-25 17:14:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin