Bakıda bu avtobusda gediş haqqı artırıldı - Foto

18:00 - 22 Sentyabr 2021 - Cəmiyyət

Bakı şəhəri Koroğlu-Binə qəsəbəsi istiqamətində hərəkət edən 160 nömrəli marşrut avtobusunda gediş haqqı artıb.

Ucnoqta.az xəbər verir ki, 160 nömrəli avtobusda Binə-Ramana qəsəbəsi istiqamətində gediş haqqı 0.30 qəpik, Koroğlu - Ekspo Mərkəzinə qədər 0.30 qəpik idi. Bu marşurut avtobusunda kart sistemi tətbiq edildikdən sonra bütün istiqamətlərdə gediş haqqı 0.40 qəpik olub. Qeyd edək ki, bahalaşma Bakı Nəqliyyat Agentliyi Binə qəsəbəsi daxilində yeni marşrut avtobusu istifadəyə verdikdən sonra baş verib.


Xəbər xətti