Ana səhifə Mobil versiya
19 Sentyabr 2021

Leyla Əliyevanın kitabı fin dilində nəşr olundu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Açıq pəncərə” şeirlər toplusu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Finlandiyanın “Palladium kirjat” nəşriyyatında fin dilində nəşr olunub.

Kitabın ön sözündə Leyla Əliyevanın bioqrafiyası və lirikası barədə oxuculara məlumat verilib, onun sosial və ictimai fəaliyyətindən geniş bəhs olunub. Kitab fin dilində 800 nüsxə çap olunub.

Qeyd edək ki, “Açıq pəncərə” kitabını fin dilinə Helsinkidə yaşayan məşhur tərcüməçi və yazıçı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Tahirə Cəfərova tərcümə edib.

Tahirə Cəfərova Finlandiya Yazıçılar İttifaqının, CEATL Avropa Tərcüməçilər Birliyinin və Fin-Pen klubunun üzvüdür. O, uzun illər Tampere Universitetində Ədəbiyyat və İncəsənət kafedrasında çalışıb. 20 ildən çoxdur ki, fin ədəbiyyatının tərcüməsi ilə məşğul olur. Bir neçə fin şairinin uşaq şeirlərini və həmçinin bir sıra pyesləri Azərbaycan dilinə tərcümə edib.

Azərbaycan diasporunun fəal təmsilçisi Tahirə Cəfərova bu günədək Finlandiyada Azərbaycan ədəbiyyatını tanıtmaq üçün xeyli işlər görüb, bir sıra ədəbi nümunələri fin dilinə tərcümə edib.///kult.az

 

Tarix
9 Sentyabr 2021 [15:17]
Müəllif
Üç nöqtə
2021-09-09 15:17:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin