Rasim Balayevin doğum günüdür

12:34 - 8 Avqust 2021 - Mədəniyyət

Görkəmli aktyor, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş katibi Rasim Balayevin doğum günüdür. 

Ucnoqta.az xəbər verir ki, Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb.

Rasim Balayev 1982-ci ildən Azərbaycanın Xalq artisti, 1998-ci ildən "Şöhrət" ordeni laureatı, 2018-ci ildən "Şərəf" ordeni laureatı və Prezident təqaüdçüsüdür.
Filmoqrafiya:
Ulduzlar sönmür (1971, tammetrajlı bədii film) – aktyor (Sultanov)
Bizim küçənin oğlanları (1973, tammetrajlı bədii film) – filmi səsləndirən (İbrahim-Şahmar Ələkbərov)
Nəsimi (II) (1973, tammetrajlı bədii film) – aktyor (Nəsimi)
Ömrün ilk saatı (1973, tammetrajlı bədii film) – aktyor (Azər Mehdiyev)
1001-ci qastrol (1974, tammetrajlı bədii film) - filmi səsləndirən (Eldar-Rəşid Behbudov)
Qatır Məmməd (1974, tammetrajlı bədii film) – aktyor (Əziz)
Ömrün səhifələri (II) – Rəqiblər (1974, tammetrajlı bədii film, kinoalmanax) – filmi səsləndirən (meyxana deyən)
Dədə Qorqud (1975, tammetrajlı bədii film) – aktyor (Beyrək)
Firəngiz (1975, tammetrajlı bədii film) – aktyor (Murad)
Xoşbəxtlik qayğıları (1976, tammetrajlı bədii film) – aktyor (Sənan)
Qeyri-adi ov (1976, qısametrajlı bədii film) – aktyor (müəllim)
Tütək səsi (1976, tammetrajlı bədii film) – filmi səsləndirən (Nuru-Ötkəm İsgəndərov)
Vulkana doğru (1976-1977, bədii serial) – aktyor (Tahir)
Ad günü (1977, tammetrajlı bədii film) – filmi səsləndirən (Nazim-Fuad Poladov)
Arxadan vurulan zərbə (1977, tammetrajlı bədii film) – aktyor (Cəbi)
De ki, məni sevirsən! (1977, tammetrajlı bədii film) – filmi səsləndirən (sürücü-müstəntiq Natiq-Natiq Rəsulzadə)
Sevinc buxtası (1977, tammetrajlı bədii film) – aktyor (İzabəy)
Bir ailəllik bağ evi (1978, tammetrajlı bədii film) – aktyor (Əli)
Mən mahnı qoşuram (1978, tammetrajlı bədii film) – filmi səsləndirən (sədr-Eldəniz Zeynalov)
Babək (1979, tammetrajlı bədii film) – aktyor (Babək)
İstintaq (1979, tammetrajlı bədii film) – aktyor (podpolkovnik Elmar)
Toral və Zəri (1979, animasiya filmi) – filmi səsləndirən (Toral)
Gözlə məni (1980, tammetrajlı bədii film) – aktyor (Nicat)
Birisigün, gecəyarısı... (1981, tammetrajlı bədii film) – aktyor (İsrafil bəy)
Əlavə iz (1981, tammetrajlı bədii film) – aktyor (Nazim)
Üzeyir ömrü (1981, tammetrajlı bədii film) – filmi səsləndirən (Üzeyir Hacıbəyov-Hüseynağa Atakişiyev)
Əzablı yollar (1982, tammetrajlı bədii film) – filmi səsləndirən (Məlikməmməd-Ötkəm İsgəndərov)
Qocalar, qocalar (1982, tammetrajlı bədii film) – aktyor (Davud)
Nizami (III) (1982, tammetrajlı bədii film) – filmi səsləndirən (Nizami Gəncəvi-Müslüm Maqomayev)
İlıq dənizdə buz parçası (1983, tammetrajlı bədii film) – aktyor (təqaüdçünün oğlu Məmməd)
Park (1983, tammetrajlı bədii film) – filmi səsləndirən (dost-Mikayıl Kərimov)
Köhnə bərə (1984, tammetrajlı bədii film) – aktyor (Salman), filmi səsləndirən (Eldar-Fəxrəddin Manafov)
Qara gölün cəngavərləri (1984, tammetrajlı bədii film) – filmi səsləndirən (Fəttahov-Hacımurad Yagizarov)
Qoca palıdın nağılı (1984, tammetrajlı bədii film) – aktyor (İdrisov)
Tənha narın nağılı (1984, tammetrajlı bədii film) – aktyor (Yaqub)
Bağ mövsümü (1985, tammetrajlı bədii film) – filmi səsləndirən (Kələntər-Hacımurad Yagizarov)
Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – filmi səsləndirən (Elxan-Füzuli Hüseynov)
Cin Mikrorayonda (1985, tammetrajlı bədii film) – aktyor (Əli), filmi səsləndirən (Rüstəm-Ötkəm İsgəndərov), musiqi ifaçısı
Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (Səlim bəy)
Aşkarsızlıq şəraitində... (1986, tammetrajlı bədii film) – filmi səsləndirən (Məmmədov-Çingiz Şərifov)
Burulğan (1986, tammetrajlı bədii film) – filmi səsləndirən (Murad-Məhəmməd Məmmədov)
İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – filmi səsləndirən (komandan-Fuad Poladov)
Afroditanın qolları (1987, qısametrajlı bədii film) – filmi səsləndirən (Cahid-Rafiq Əliyev)
Özgə ömür (1987, tammetrajlı bədii film) – filmi səsləndirən (müstəntiq-Məbud Məhərrəmov)
Sən həmişə mənimləsən (1987, tammetrajlı film-tamaşa) – aktyor (Həsənzadə)
Şeytan göz qabağında (1987, tammetrajlı bədii film) – aktyor (Nəzərov)
Alman klinikasına şəxsi səfər (1988, tammetrajlı bədii film) – aktyor (mühəndis Məmməd Rüstəmov)
Yaramaz (1988, tammetrajlı bədii film) – aktyor (nazir köməkçisi)
Dairə (1989, qısametrajlı bədii film) – filmi səsləndirən (milis rəisi-Tariyel Qasımov)
Doğma sahillər (1989, tammetrajlı bədii film) – aktyor (polkovnik Həbibi)
Lətifə (1989, tammetrajlı bədii film) – aktyor (Rəhimov)
Ölsəm... bağışla (1989, tammetrajlı bədii film) – filmi səsləndirən (kadrarxası mətn)
Təxribat (1989, tammetrajlı bədii film) – aktyor (Həsənov)
İthaf (II) (1990, animasiya filmi) – filmi səsləndirən (kadrarxası mətn)
Şahid qız (1990, tammetrajlı bədii film) – aktyor (nazir)
Zirzəmi (1990, tammetrajlı bədii film) – aktyor (Ayaz)
Girişmə, öldürər (1991, tammetrajlı bədii film) – aktyor (kapitan Rasim)
Haqqın dərgahı (1991, qısametrajlı sənədli film) – filmi səsləndirən
Tələ (1991, tammetrajlı bədii film) – aktyor (Ziya Qasımoviç)
777 №-li iş (1992, tammetrajlı bədii film) - aktyor
Etiraf (1992, tammetrajlı bədii film) – aktyor (Qabil)
Qisas günü (1993, qısametrajlı sənədli televiziya filmi) – filmi səsləndirən
Mənim ağ şəhərim (1993, tammetrajlı bədii film) – filmi səsləndirən (mafiya başçısı-Eldar Quliyev)
Qara Volqa (1994, tammetrajlı bədii film) – aktyor (polkovnik Cavanşirov)
Ağ atlı oğlan (1995, tammetrajlı bədii film) – filmi səsləndirən (Əbdül dayı-Yaşar Nuri)
Həm ziyarət, həm ticarət... (1995, tammetrajlı bədii film) – aktyor (Davud)
Yarasa (1995, tammetrajlı bədii film) – aktyor (Ağabəy)
Yük (1995, tammetrajlı bədii film) – filmi səsləndirən (şeir deyən ziyalı)
Suya səyahət (1996, qısametrajlı sənədli film) – aktyor (aparıcı), bədii rəhbər
Otel otağı (1998, tammetrajlı bədii film) – aktyor (Sədyar)
Nə gözəldir bu dünya... (1999, tammetrajlı bədii film) – aktyor (Mirzəyev)
Dirsə xanın oğlu Buğacın boyu (2000, tammetrajlı film-tamaşa) – aktyor (Dədə Qorqud)
Salur Qazanın evi talandığı boy (2001, tammetrajlı film-tamaşa) – aktyor (Dədə Qorqud)
Ovsunçu (2002, tammetrajlı bədii film) – filmi səsləndirən (kadrarxası mətn)
Seminariya (2002, qısametrajlı sənədli televiziya filmi) – filmi səsləndirən
Basat və Təpəgöz (2003, animasiya filmi) – filmi səsləndirən (Dədə Qorqud)
Bəxtiyar Vahabzadə (II) (2003, tammetrajlı sənədli televiziya filmi) – filmi səsləndirən
Bəyaz həyat (2003, bədii serial) – aktyor (Vaqif)
Azərbaycan naminə! (2004, qısametrajlı sənədli televiziya filmi) – filmi səsləndirən (kadrarxası mətn)
Küçələrə su səpmişəm (2004, tammetrajlı bədii film) – aktyor (Bəhmən)
Akademik Yusuf Məmmədəliyev (2005, qısametrajlı sənədli televiziya filmi) – filmi səsləndirən (kadrarxası mətn)
“Hacı Mail” nağılı (2005, tammetrajlı sənədli televiziya filmi) – filmi səsləndirən
Narahat adam (2005, tammetrajlı sənədli film) – filmi səsləndirən (azərbaycan variantı)
Azərbaycan... əbədiyyət yolu (2006, qısametrajlı sənədli film) – filmi səsləndirən
Yalan (2006, tammetrajlı bədii film) – filmi səsləndirən (Yavər-Vidadi Həsənov)
Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – filmi səsləndirən (müəllim-İlham Əsgərov)
Böyük ömrün davamı (2007, tammetrajlı film-tamaşa) – filmi səsləndirən (kadrarxası mətn)
Cavid ömrü (2007, tammetrajlı bədii film) – aktyor (Hüseyn Cavid), filmi səsləndirən (Cavidin gəncliyi-İman Məcidov)
Anarın anları (2008, tammetrajlı sənədli televiziya filmi) – filmi səsləndirən
Günaydın, mələyim (2008, tammetrajlı bədii film) – filmi səsləndirən (Fuad-Fuad Poladov)
Qala (2008, tammetrajlı bədii film) – aktyor (Sultan kişi)
Azərbaycan mətbəxinin rəngləri (2009, qısametrajlı sənədli film) – filmi səsləndirən
Dostuma məktub... (II) (2010, qısametrajlı sənədli film) – filmi səsləndirən
Əlavə təsir (2010, tammetrajlı bədii film) – filmi səsləndirən (kimyaçı Həbib Rüstəmov-Məhərrəm Musayev)
Çinar ömrü (2011, tammetrajlı sənədli televiziya filmi) – filmi səsləndirən
Xocalı vaxtı (2011, qısametrajlı sənədli film) – filmi səsləndirən
Tərsinə çevrilmiş dünya (2011, tammetrajlı bədii film) – aktyor
Ultionis (2011, tammetrajlı bədii film) – aktyor
Qaranlıqlar çiçəyi (2012, bədii serial) – aktyor
Sübhün səfiri (2012, tammetrajlı bədii film) – aktyor (Mirzə Fətəli Axundov)
Ağ-qara gecələr (2013, tammetrajlı bədii film) – aktyor
Bir ovuc torpaq (II) (2013, bədii serial) – aktyor (professor)
Dağlar qoynunda olan şəhər (2014, qısametrajlı sənədli film) – filmi səsləndirən
Bağışla, gələ bilmədim (2015, qısametrajlı bədii film) – aktyor
Bakı, mən səni sevirəm (2015, tammetrajlı bədii film, kinoalmanax) – aktyor
Fədakar (2015, tammetrajlı bədii film) – aktyor
Zaman adlı qatar (2016, tammetrajlı bədii film) – aktyor
Nazlı (2017, tammetrajlı bədii film) – aktyor (Nazlının atası)
Sara (2017, tammetrajlı bədii film) – aktyor (Cavanşir Nəbiyev)

Xəbər xətti