Hikmət Həsənovun yerinə yeni TƏYİNAT

22:41 - 3 Avqust 2021 - Xəbər

Vəzifəsindən azad olunan Hikmət Həsənovun yerinə yeni təyinat olub.

Ucnoqta.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə 1-ci ordu korpusunun komandiri vəzifəsinə polkovnik Qiyas Abbasov təyin edilib. O bundan əvvəl 3-cü ordu korpusunun komandan müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, polkovnik Qiyas Abbasov prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbər xətti