Azərbaycan boksçusu Alfonso Dominqes 1/4 finala yüksəlib

16:21 - 28 İyul 2021 - İDMAN

Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk döyüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, bu gün 26 yaşı tamam olan Avropa Oyunlarının qalibi ad gününə qələbə hədiyyə edib. O, 1/8 finalda Dilşotbek Ruzmetovu (Özbəkistan) mübarizədən kənarlaşdırıb. 81 kq çəki dərəcəsində qüvvəsini sınayan Dominqes 4:1 hesabı ilə qalib gəlib. Alfonso 1/4 finalda türkiyəli Bayram Malkanla üz-üzə gələcək. Döyüş iyulun 30-da baş tutacaq.

Xəbər xətti