"TikTok”da narkotiki təbliğ edən şəxs saxlanılıb - VİDEO

18:18 - 23 İyul 2021 - HADİSƏ

"TikTok” platformasında narkotik vasitələri təbliğ edən bir nəfər saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsidə bu tipli videolar yayan şəhər ərazisində yaşayan Tərlan Bağırov saxlanılıb.

Həmin şəxslə profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumatlar verilib.

Adıçəkilən şəxsin “TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib və Tərlan Bağırova ciddi xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Xəbər xətti