Ana səhifə Mobil versiya
20 Sentyabr 2021

Hərbi alpinistlərin fəth edəcəyi zirvə “Zəfər” adlandırılacaq

Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusunun və “Qartal” Dağçılıq İdman Klubunun təcrübəli alpinistlərinin iştirakı ilə Azərbaycan Ordusunun yaranmasının 103-cü il dönümü ilə əlaqədar alpinist ekspedisiyası təşkil olunub.

Müdafiə Nazirliyindən Ucnoqta.az-aa verilən məlumata görə, “Zəfər Azərbaycanındır” adlı alpinist ekspedisiyasının üzvləri Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində (hündürlüyü 4301m) yerləşən adsız zirvəyə yola düşəcəklər.

Alpinistlərin fəth edəcəyi adsız zirvə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbənin şərəfinə “Zəfər” adlandırılacaq. Hərbçilərin iştirak etdiyi alpinist ekspedisiyası hava şəraiti nəzərə alınaraq iyunun19-dan 30-dək keçiriləcək.

Ekspedisiyanın rəhbəri polkovnik-leytenant Zal Nəbiyev və “Qartal” Dağçılıq İdman Klubunun rəhbəri Rüfət Qocayev fəth ediləcək zirvəyə yola düşməzdən əvvəl digər alpinistlərlə birlikdə Şəhidlər xiyabanı və İkinci Fəxri xiyabanda Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğul və qızlarımızın məzarlarını ziyarət ediblər.

Tarix
19 İyun 2021 [13:00]
Müəllif
Üç nöqtə
2021-06-19 13:00:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin