Xarici diplomatlar Ağdamda - FOTO

15:22 - 13 İyun 2021 - Cəmiyyət

Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusların nümayəndələri Ağdama səfərləri çərçivəsində Ağdam Dövlət Dram Teatrını ziyarət ediblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov qonaqlara burada erməni vandalları tərəfindən törədilmiş vəhşiliklərdən və dağıntılardan danışıb.

Səfərdə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.

xxx

Azərbaycan və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri davam edir.

Diplomatlar Ağdam şəhərində yerləşən Cümə məscidində olublar.

Tədbirdə iştirak edən məşhur fotoqraf Reza Deqati diplomatlara Xocalı soyqırımı barədə danışıb, soyqırımının qurbanı olmuş insanların və qaçqınların şəkillərini tədbir iştirakçılarına nümayiş etdirib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, həmçinin ermənilərin Ağdam şəhərində, o cümlədən Cümə məscidində törətdiyi vəhşiliklərdən və dağıntılardan danışıb.

İran səfiri və səfirliyin nümayəndələri Cümə məscidində namaz qılıblar.

Səfərdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.

xxx

Azərbaycanda və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun işğaldan azad edilən Ağdam rayonuna səfəri davam edir.

Diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Tədbirdə iştirak edən tanınmış fotoqraf Reza Deqati xarici diplomatik korpus nümayəndələrini Ağdam şəhərində Xurşidbanu Natəvanın işğalçı Ermənistan qüvvələri tərəfindən dağıdılmış məqbərəsi ilə tanış edib.

Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov həmçinin İmarət kompleksində ermənilərin törətdiyi dağıntılardan danışıb.///report


Xəbər xətti