Rusiya XİN Azərbaycanın erməni hərbçilərini qaytarmasını alqışlayıb

21:37 - 12 İyun 2021 - SİYASƏT

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın 15 erməni hərbçini minalanmış ərazilərin xəritələri müqabilində Ermənistana təhvil verməsinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında bu xəbəri çoxdan gözlənilən və möhtəşəm adlandırıb.

"Tərəflərin bu cür addımlarını alqışlayırıq", - deyə M.Zaxarova yazıb.

Xəbər xətti