Gədəbəy sakini minaya düşüb

16:29 - 12 May 2021 - HADİSƏ

Gədəbəy rayon sakini minaya düşüb.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, rayonun Əyridərə kənd sakini, 1995-ci il təvəllüdlü Namazov Kamran Aydın oğlu Ermənistanla sərhəd hissədə göbələk yığan zaman minaya düşüb.

Yaralı Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Xəbər xətti