Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb

12:43 - 12 May 2021 - HADİSƏ

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, mayın 12-də saat 01 radələrində Cəlilabad şəhəri ərazisində Uzuntəpə kənd sakini V.Yusubov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həsən Əlilini vurub. H.Əlili hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər xətti