Milli Aviasiya Akademiyasının professoru vəfat edib

21:57 - 9 May 2021 - HADİSƏ

Milli Aviasiya Akademiyasının Elmi Tədqiqat Nəqliyyat Aerokosmik Problemləri İnstitutunun Aerokosmik cihazlar kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Arif Bədəlov dünyasını dəyişib. Bu barədə “Report” Akademiyaya istinadən xəbər verir. Akademiyanın rəhbərliyi və kollektivi elm xadiminin vəfatı ilə başsağlığı verib. Allah rəhmət eləsin!

Xəbər xətti