Rusiyada səhiyyə naziri itkin düşüb

20:27 - 9 May 2021 - DÜNYA

Rusiyanın Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə İdarəsi A. Muraxovskinin kvadrosikllə mayın 7-də ovçuluq bazasından meşə massivinə getdiyini, indiyə qədər harada olduğunun müəyyənləşmədiyini açıqlayıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Xəbər xətti