ADU-da qanvermə aksiyası keçirilib

Mayın 5-də Azərbaycan Dillər Universitetində müəllim, tələbə və əməkdaşlar arasında sosial məsuliyyətin təbliği, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib.

Aksiya çərçivəsində donorlar əvvəlcə həkim nəzarətindən keçib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib. Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.

Tələbələr arasında iraqlı tələbə Məhəmməd Hatif də qanvermə aksiyasında könüllü olaraq iştirak edib.

Bir nəfərin qanverməsinin üç həyat xilas edə biləcəyini nəzərə alan üzvlər bununla məhz ehtiyacı olanlara yeni ümid və həyat hədiyyə etmək istəyiblər.

Qeyd edək ki, aksiya ADU-nun, “Gənc Beynəlxalq Hüquqşünaslar” İctimai Birliyi, “Universitet Təhsilli Qadınlar” İctimai Birliyinin birgə təşkilatçılığı və Mərkəzi Qan Bankının dəstəyi ilə həyata keçirilib.

Tarix
5 May 2021 [21:27]
Müəllif
Üç nöqtə
2021-05-05 21:27:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin