Kürdəmirin sabiq icra başçısının həbs müddəti uzadıldı

17:22 - 12 Aprel 2021 - Xəbər

Binəqədi rayon Məhkəməsində Kürdəmir rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Prosesdə təqdimat təmin edilib və C.Cəfərov barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Xatırladaq ki, C.Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Xəbər xətti