Mingəçevir sakinini Bakıda avtomobil vuraraq öldürüb

13:34 - 12 Aprel 2021 - HADİSƏ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini N.Məmmədov idarə etdiyi “Dodge” markalı avtomobillə yolu keçən Mingəçevir şəhər sakini A.Abdullayevi vurub. Qəza nəticəsində piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi  tərəfindən araşdırma aparılır.

Xəbər xətti