Bakıda həkim koronavirusdan vəfat etdi - FOTO

09:26 - 12 Aprel 2021 - Cəmiyyət

Azərbaycanda həkim koronavirusdan vəfat edib. 

Oxu.Az-ın məlumatına görə, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimi Sevda İsmayılova ötən gün koronavirusdan vəfat edib.

Məlumatı Oxu.Az-a Elmi-Tədqiqat Kardiologiya İnstitutundan təsdiq ediblər.

Xatırladaq ki, S.İsmayılova 44 günlük Vətən müharibəsi dövründə yaralı əsgərlərin müayinə və müalicəsində, eləcə də COVID-19 infeksiyasına qarşı aparılan mübarizədə fəal iştirak edən tibb işçilərindən olub.  

 


Xəbər xətti