Son sutkada koronavirusdan 36 nəfər vəfat edib - Operativ Qərargah

18:26 - 11 Aprel 2021 - Xəbər

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2414 yeni yoluxma faktı qeydə alınıb, 1695 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 285 993 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 250 708 nəfər müalicə olunaraq sağalıb, 3915 nəfər vəfat edib, aktiv xəstə sayı 31370 nəfərdir.

Ölkədə son sutka ərzində 13 248, hazırkı dövrədək isə 3 018 445 test aparılıb.


Xəbər xətti